YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Xarici makroiqtisadi təhdidlərin iqtisadiyyata təsirinin qarşısının alınması monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq

Xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsir etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

Bu barədə maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsində deyib.

Nazir qeyd edib ki, neftin qiymətində müəyyən sabitləşmə, artım proseslərinin ölkəmizə müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması manatın məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliyinin azalması, digər tərəfdən isə ölkəyə idxalın artım riskini aktuallaşdırır. Xarici makroiqtisadi təhdidlərin iqtisadiyyata təsirinin qarşısının alınması gələn il həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

Eyni zamanda, büdcənin sabitliyi, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Gələn il dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq.