YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Ermənistan iqtidarı artıq tükənib

«Ermənistanda keçirilən kütləvi mitinqlər hakimiyyətə qarşı xalqın etirazının, hakimiyyətlə-xalq arasında yaranan uçurumun əlamətidir». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, bu gün erməni əhalisi hələ seçki dövründə saxta yolla hakimiyyəti qəsb etmiş, arxasında böyük dövlətlərin dayandığı hakimiyyətdən imtina edir. Onun fikrincə, Ermənistan iqtidarının apardığı siyasət xalqın istəyi müstəvisində yox, hakimiyyəti qorumaq uğrunda düşüncələrə söykənir.

«Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş  indiki Ermənistan iqtidarı artıq tükənib. İşğalçı dövlət olan Ermənistan Cənubi Qafqaz regionunda həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalıb, iqtisadiyyatı çöküb, xarici dövlətdən asılı vəziyyət düşüb. Nəticəsi belə olan bir iqtidara xalqın münasibəti necə ola bilər? Məhz bu günlərdə Ermənistanda keçirilən mitinqlər bunun ifadəsidir»- deyə, F.İbrahimli qeyd edib.