YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyət üçün aktual məsələlərin həlli yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə malikdir

“Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verir. Bununla yanaşı, ölkəmiz mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Onun sözlərinə görə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.

“Bütövlükdə, respublikamiz beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir. VI Bakı Beynəlxalq Humanitar Forumu da bəşəriyyət üçün aktual məsələlərin həlli yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bir neçə ildir ki, ölkəmizdə keçirilən  Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib. İldən-ilə Foruma artan beynəlxalq maraq bunu təsdiqləyir”-deyə, N.Cəfərov qeyd edib.