YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədət Quliyev: Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır

Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddətdir ki Dağlıq Qarabağ münaqişəsinin həlli yubanır.

Bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Komissiyanın sədri, general-polkovnik Mədət Quliyev deyib. /Trend/

M.Quliyev qeyd edib ki, qondarma Dağlıq Qarabağ problemi Ulu Öndər Heydər Əliyevə hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi vaxtdan məlum idi. Buna görə də münaqişənin qurbanı olan vətəndaşlarımızın taleyinə həm Naxçıvanda, həm də paytaxt Bakıda işlədiyi zaman xüsusi diqqət yetirirdi. Erməni quldurları Qərbi Azərbaycandakı ata-baba yurdlarında və Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla yanaşı, Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrinə, Mehri rayonu ərazisindən keçərək Naxçıvana gedən dəmir yolu xəttinə hücumlar edir, insanlarda vahimə yaradır, məqsədli şəkildə onları qətlə yetirir, işgəncələr verir, əsir və girov götürürdülər: "Bir çox vətəndaşımız itkin düşmüş yaxınlarını axtarmaq və düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin cəsədlərini geri qaytarmaq məqsədilə həmin illərdə Naxçıvan Muxtar Respublikasında deputat və Ali Sovetin sədri olduğu dövrdə Ümummilli Lider Heydər Əliyevin onlara göstərdiyi köməyi minnətdarlıqla xatırlayır. Dövlət Komissiyasının rəsmi sənədlərində də əksini tapmış ifadələrə əsasən, Ulu Öndər nə qədər çətin olsa da, onlara kömək göstərmək, üzləşdikləri humanitar problemə yardım etmək və öz nüfuzu sayəsində onlarla vətəndaşımızın əsir-girovluqdan azad olunmasına, şəhidlərimizin cəsədlərinin alınmasına nail olmuşdu. Dahi rəhbərin bu fəaliyyəti hər bir azrəbaycanlı üçün böyük humanizm nümunəsidir".

Sədr bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ Ümummilli Liderin xüsusi diqqət ayırdığı prioritet sahə olub: "Ulu Öndər Heydər Əliyevin 1993-cü il avqustun 30-dan sentyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Müharibə qurbanlarının müdafiəsi üzrə” beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciəti bunun bariz nümunəsidir: “Bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Problem heç də yalnız onda deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşüb. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənindən qaçqın olub, minlərlə adam bu gün də ermənilərin əlində girov kimi saxlanılır. Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür”.