YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atəşkəs rejimi sutka ərzində 21 dəfə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Erməni silahlı bölmələri oktyabrın 13-də və 14-də gecə Ermənistanın Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərini atəşə tutublar.

Ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.