YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Babayev: Azərbaycanda gənclərimizin yüksək təhsil almaları üçün hərtərəfli şərait yaradılıb

“Dinamik inkişaf edən Azərbaycanda gənclərimizin yüksək təhsil almaları üçün hərtərəfli şərait yaradılıb”. Bu fikri Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

E.Babayev bildirib ki, ölkəmizdə gənclərə bütün sahələrdə böyük etimad göstərilir. Onun sözlərinə görə, dövlətimizin başçısı bu istiqamətdə müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib.

“Gənclər siyasətinin həyata keçirilməsində müxtəlif gənclər təşkilatlarının birgə səmərəli fəaliyyəti də əhəmiyyətlidir. Bu gün Azərbaycanda insan kapitalına böyük sərmayə qoyulub. Gənclərimiz göstərilən etimadı doğrultmaq üçün bilikli, savadlı olmalı, müasir texnologiyaları mənimsəməli, xarici dilləri öyrənməlidirlər. Prezident İlham Əliyev qarşımıza vəzifə qoyub ki, ölkəmiz regionun siyasi-iqtisadi sahədə lider dövləti olduğu kimi, bölgənin beynəlxalq elm mərkəzinə də çevrilməlidir. Gənclik orta və yaşlı nəsillə birlikdə bu məqsədə doğru birgə hərəkət etməlidir”-deyə, E.Babayev vurğulayıb.