YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda tikilən əsgəri-məişət kompleksləri ilə tanış olub. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqla, daimi işıq və istilik sistemi ilə təchiz edilib.

General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb. Nazir xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.