YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: VI Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyətlidir

“Hazırda humanitar məsələlər bəşəriyyət üçün olduqca aktualdır. VI Bakı Beynəlxalq Humanitar Forumunda da bəşəriyyət üçün aktual məsələlərin həlli yolları müzakirə edildi. Dünyanın diqqət mərkəzində olan Foruma beynəlxalq maraq çox yüksək idi. Ümumiyyətlə, VI Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi baxımından çox mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsinə müstəsna töhfələr verir. Onun sözlərinə görə, ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dinləri liderlərinin Zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər beynəlxalq tədbirlər keçirilir. Bütün bunlar onu göstərir ki, yüksək nüfuza malik olan və sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan beynəlxalq humanitar əməkdaşlıq məkanına çevrilib.

“Ölkəmiz müstəqilliyinin ilk illərində böyük humanitar fəlakətlə üzləşib. Dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr və bütövlükdə beynəlxalq hüquq bunu tələb edir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bildirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”-deyə, R.Əliyev vurğulayıb.