YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP layihəsini əsas boru kəmərləri ilə təmin edəcək şirkətlərlə müqavilə imzalanıb

Oktyabrın 14-də Ankarada Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini əsas boru kəmərləri və modul dirsəkləri ilə təmin edəcək şirkətlərlə müqavilə imzalanıb.

Mərasimdə Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Bu gün bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycanın bölgədə yüksələn iki ölkə olduğunu vurğulayan Ə.Davudoğlu TANAP layihəsi ilə ilk mərhələdə 16 milyard kubmetr təbii qazın daşınacağını, daha sonra isə bu həcmin 22, 24 və 32 milyard kubmetrə qədər çatdırılacağını deyib. O, bu layihə ilə Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit ölkəyə çevriləcəyini və 2019-ci ildən etibarən Avropaya qaz nəqlinə başlayacağını bildirilib.

Baş naziri Xəzər dənizindən başlayan layihənin Türkiyə ilə Yunanıstanın sərhədində “Trans-Adriatik” boru kəmərinə (TAP) birləşərək Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya keçəcəyini vurğulayıb. Qeyd edilib ki, bununla da Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan qaz Şərqi Avropa ölkələrinin də təbii qaza olan tələbatını ödəyəcək.

Mərasimdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib ki, “TANAP layihəsi ilə Türkiyə Şərq-Qərb arasında enerji dəhlizinə çevriləcək. Layihə çərçivəsində 15-20 min insana yeni iş imkanı yaradılacağını qeyd edən R.Abdullayev Türkiyənin boru istehsalı və boru inşaatı sektorunun inkişafına və əldə edəcəyi digər faydalara da diqqət yönəldib.

Sonra TANAP Qaz Transmissiya A.Ş ilə Türkiyənin “Noksel Çelik Boru Sanayi A.Ş.”, “Borusan Mannesmann Boru San. Tic. A.Ş.” və “Erciyas Çelik Boru Sanayi A.Ş.” şirkətləri ilə müqavilələr imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv