YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir

“Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, adət-ənənələrini yaşadırlar”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, bütün insanlar heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Onun sözlərinə görə,  Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır.

“Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Tarixi Azərbaycan torpaqlarının 20 faizinin monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına baxmayaraq, ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verilir. Təkcə bu faktın özü Azərbaycan dövlətinin və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur. Azərbaycanda bütün konfessiyalar arasında mehribanlıq, qarşılıqlı anlayış və sıx əməkdaşlıq ölkəmizdəki tolerantlıq mühitinin bundan sonra da qorunub saxlanılmasının qarantıdır”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv