YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" Aİ bazarı və Xəzər regionu arasında körpü olacaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" Avropa Komissiyası üçün prioritet layihələrdən biri olaraq qalır.

Bunu Trend-ə layihənin Avropa İttifaqının təmiz energetikaya keçid strategiyasına uyğunluğu barədə sualı cavablandırarkən Komissiyadan bildiriblər.

Avropa Komissiyasında qeyd ediblər ki, "Cənub Qaz Dəhlizi" Avropa enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır, xüsusən də Avropanın Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi daha çox zəif hissələrində.

"Biz hamımız Aİ bazarı və Xəzər regionu arasında bu "körpü"dən xeyir qazanacağıq. Son nəticə olaraq məqsədimiz azad ticarət, rəqabət, şaxələndirilmiş tədarük, mənbə və marşrutlara əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır", - deyə Komissiyada bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv