YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra katibinin müavini Siyavuş Novruzov Laos Xalq İnqilabı Partiyasının nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 27-də Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Laos Xalq İnqilabı Partiyasının nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşüb.

Qonaqları salamlayan YAP İcra katibinin müavini bu səfərin partiyalar arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. Siyavuş Novruzov 2018-ci ilin may ayında partiyalar arasında əməkdaşlıq haqqında sazişin imzalandığını, qarşılıqlı səfərlərin baş tutduğunu  xatırladaraq bütün bunların  münasibətlərin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

LXİP Xarici əlaqələr komitəsinin sədr müavini Somdi Bounkhoum Azərbaycanın uğurlu inkişaf təcrübəsinin onlarda maraq doğurduğunu vurğulayaraq, müxtəlif sferalarda partiyalararası əlaqələri daha da genişləndirmək niyyətində olduqlarını ifadə edib. O, vaxtilə Azərbaycanda təhsil almış laoslu tələbələrin hazırda yüksək dövlət vəzifələrində çalışdığını, özünün də Bakıda təhsil aldığını məmnuniyyətlə xatırlayaraq Azərbaycan-Laos əlaqələrinin dərin köklərinin olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

DİGƏR Partiya xəbərləri Arxiv