YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mayk Loynd: 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının fantastik təntənəli açılış mərasimi olacaq

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının fantastik təntənəli açılış mərasimi olacaq.

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) Bakıda keçirilən 77-ci konqresi çərçivəsində Azərbaycan paytaxtı ilə tanışlıq üçün media tur təşkil edilib.

Tur çərçivəsində jurnalistlərə Bakının tarixi binaları, küçə və prospektləri, eləcə də 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində yarışların təşkil ediləcəyi idman kompleksləri barədə geniş məlumat verilib.

Qeyd edək ki, AIPS-in 77-ci konqresində 130-dan çox ölkədən 300-ə yaxın idman jurnalisti iştirak edir.

Media turun sonunda jurnalistlərə açıqlama verən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktorunun müavini Mayk Loynd I Avropa Oyunlarına hazırlıq və yarışın açılışı ilə bağlı suallara aydınlıq gətirib: "Fantastik təntənəli açılış mərasimi olacaq. Açılış mərasimi sürprizlərlə dolu olacaq. Mərasimdə dünyada tanınmış şəxslərin iştirakı da istisna olunmur".

M.Loyndun sözlərinə görə, I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulan idman kompleksləri yarışların başlanmasına qədər tam hazır olacaq.

O, həmçinin qeyd edib ki, I Avropa Oyunlarında 7 minə yaxın idmançının iştirakı gözlənilir.

Oyunlar dünyanın çoxsaylı televiziyaları vasitəsilə bütün dünyaya yayımlanacaq: "Bakıda Avropa Oyunlarının keçirilməsi böyük hadisədir. Bunu bütün Avropa gözləyir".