YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT baş katibinin köməkçisi: Bakı Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin təkmilləşməsi baxımından vacibdir

Dayanıqlı İnkişaf Məqsədləri tolerant cəmiyyətlərin formalaşmasını nəzərdə tutur.

Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda BMT baş katibinin ədalət və qanunun aliliyi məsələləri üzrə köməkçisi Aleksandr Zuyev deyib.

A.Zuyevin sözlərinə görə, bu cür forumun keçirilməsi təkcə Dayanıqlı İnkişaf Məqsədlərinin təkmilləşməsi üçün yox, həm də insan hüquqlarının müdafiəsi baxımından vacibdir.

Baş katibin köməkçisi Bakı Forumunun qlobal rolunu vurğulayıb və əlavə edib ki, bu tədbir növbəti dəfə sosial iqtisadi inkişafın uğurlu dinamikasını nümayiş etdirir.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.