Xəbərlər
BMT-nin nümayəndəsi: Azərbaycan "ASAN xidmət" modelini yaratdığı üçün qurur duymalıdır

Azərbaycan "ASAN xidmət" modelini yaratdığı üçün qürur duymalıdır.
Bu barədə BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə кegional direktorunun müavini və direktor vəzifələrinin müvəqqəti icraçısı Rastislav Vrbenski deyib.
O bildirib ki, Azərbaycan bu modeli yaratmaqla bir çox ölkələr üçün nümunə olub. Bu xidməti digər ölkələrə də ixrac etməklə Azərbaycan beynəlxalq aləmə öz töhfəsini verə bilər.