YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı hərbi ekspert: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır

Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayanadək ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq

Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko deyib.

O qeyd edib ki, N.Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması vədlərini yerinə yetirə bilməyəcək.

Ekspertin sözlərinə görə, Ermənistanın problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyanın vədlərinə baxmayaraq ola bilər ki, Ermənistan getdikcə daha da çökəcək".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.