YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ombudsman: Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək

Azərbaycanda indiyə qədər gedən inkişaf prosesləri ölkəmizin artıq 30 ildir ki, ağır itkilərlə nəticələnən erməni təcavüzü şəraitində, hələ də torpaqlarımızın 20 faizi zəbt olunduğu, əhalinin 1 milyon nəfərdən çoxu qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dönəmdə baş verir.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “2030-ci ilədək, Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” adlı sessiyada çıxışı zamanı deyib.

E.Süleymanova qeyd edib ki, sülh Azərbaycan üçün xüsusi məna daşıyır: “Sülhün əsl mahiyyətini, əhəmiyyətini yaşamaq və inkişaf üçün zəruriliyini müharibə əzablarını çəkən xalqlar xüsusi həssaslıqla dərk edir. Bu baxımdan, dayanıqlı inkişafa insanların rifahının yüksəlməsinə yönəlmiş müstəqil Azərbaycan dövləti üçün sülh və inkişaf ayrılmaz amillər olaraq hər zaman prioritet təşkil edir”.