YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Türkiyə sərmayəli şirkətlərin sayı 3400-ə çatıb

Azərbaycanda fəaliyyət göstərən Türkiyə sərmayəli şirkətlərin sayı 3400-ə çatıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər" adlı simpoziumda deyib.

Nazir müavininin sözlərinə görə, Türkiyədə isə 2400 Azərbaycan şirkəti fəaliyyət göstərir. Hər iki ölkə iqtisadi sərmayələrin qoyulması istiqamətində davamlı olaraq çalışır, biznes forumlar keçirir, hər iki ölkənin sahibkarları arasında görüşlər təşkil edilir.