YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Vəliyev: Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerlər gələn il istismara veriləcək

Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün inşa edilən iki "Gəncə" tipli tanker gələn il istismara veriləcək.

Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev Gəmiçiliyin 160 illik yubileyinə həsr olunan tədbirdə deyib. O bildirib ki, altı yük tankı olan tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək. Xəzərdə suyun mövcud səviyyəsində, suya az oturumla maksimum çox yük götürə bilən bu nadir gəmilərin gələn il istismara verilməsi planlaşdırılır.

QSC sədri bildirib ki, gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də dənizçilərimiz üçün yeni iş yerləri deməkdir.