YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Bu sənaye kompleksi ölkəmizə mühüm iqtisadi divident qazandıracaq

““Star Rafineri”nin açılışı və digər nəhəng layihələr Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsinin təcəssümüdür”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu layihə böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, böyük bir sənaye kompleksi ölkəmizə mühüm iqtisadi divident qazandıracaq.

“Bu, yalnız iqtisadi məsələ deyil. Bu çox mühüm siyasi, beynəlxalq əhəmiyyət daşıyan bir məsələdir. Bu ondan xəbər verir ki, Azərbaycan təkcə Cənubi Qafqaz bölgəsində yox, ümumiyyətlə dünya miqyasında, iqtisadi, siyasi sahədə sözünü deməyi bacaran, iradə ortaya qoymağı bacaran və qarşıya qoyduğu məqsədi uğurla həyata keçirib başa vura bilən bir ölkədir. Təbii ki, bu bir daha sübut olundu. Yəni bu bizim iradəmizi və gücümüzü nümayiş etdirdi. Layihə yalnız Türkiyə və Azərbaycan üçün yox, ümumiyyətlə geniş bir bölgəni, regionu əhatə edəcək”-deyə, deputat qeyd edib.