YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: “Star” zavodunun iqtisadi inkişafımızda vacib rol oynayacaq

"Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi tarixi bir hadisədir. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin daha bir əyani nümunəsidir". Bu fikirləri  Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov  bildirib ki, bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının əbədiliyinin, dönməzliyinin şahidi oldu. Onun sözlərinə görə, dünyada, yerləşdiyimiz coğrafiyada, regionumuzda çox böyük təlatümlər, qlobal siyasi, iqtisadi, diplomatik, hərbi kataklizmlər, qarşıdurmalar, terror aktları, müharibələr yaşanır. Amma bütün bunların fonunda həm Azərbaycan, həm Türkiyə gündən-günə inkişaf edir, dünyadakı yeri və nüfuzunu daha da artırır.

“Bu baxımdan, “Star” zavodunun açılışı həm əlaqələrimizin inkişafında, həm də iqtisadi inkişafımızda mühüm rol oynayacaq, öz müsbət töhfələrini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bu layihənin həyata keçməsinin əsas səbəbi də Türkiyə-Azərbaycan dostluq və qardaşlığını olduğunu ifadə edir”-deyə, deputat qey edib.