YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP MK Katibliyinin daimi üzvü Le Honq Anın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları salamlayan Əli Əhmədov bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişdir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını xatırladan Əli Əhmədov partiyaların həm ikitərəfli, həm də İCAPP çərçivəsində əməkdaşlıq etdiyini vurğulamışdır. Onun sözlərinə görə, imzalanan memorandum partiyalar arasında gələcək əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. «Ümid edirəm ki, sizin bu səfəriniz həm dövlətlərimiz, həm də partiyalarımız arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək»- deyə, YAP Sədrinin müavini vurğulamışdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Vyetnam  Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq An  ölkəmizə səfərindən məmnunluğunu bildirmiş və yüksək qonaqpərvərliyə görə təşəkkür etmişdir. Azərbaycanda sürətli inkişafı müşahidə etdiklərini deyən qonaq ölkələrimiz, həmçinin, YAP-la VKP arasında əlaqələrin inkişafınin əhəmiyyətini qeyd etmişdir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, bu səfər tərəflər arasında gələcək əməkdaşlıq münasibətlərinin genişləndirilməsində mühüm rol oynayacaqdır.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev və Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iştirak etmişdir.

DİGƏR Partiya xəbərləri Arxiv