YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib". Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, cari il ərzində dövlətimizin başçısının səfərləri və keçirdiyi mühüm görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prioritetlərdən biri olub. O cümlədən, Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində də diqqətə çatdırılıb ki, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar.

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Ermənistan təxribatçı hərəkətlərinə son qoymalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır" - deyə,  E.Məmmədov qeyd edib.