YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır

“Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması əhəmiyyətlidir. Son zamanlar Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır”. Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Türkmənistanın xarici işlər nazirnin ölkəmizə səfəri də inkişaf edən əlaqlərin göstəricisidir. Onun sözlərinə görə, Türkmənistan Azərbaycana çox yaxın bir dövlətdir.

“Digər tərəfdən türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. İnanırıq ki, bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq”-deyə, deputat qeyd edib.