YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazirlik: STAR NEZ Türkiyəyə ildə 1,5 milyard dollara qənaət etməyə imkan verəcək

STAR Neft Emalı Zavodu (NEZ) Türkiyəyə ildə 1,5 milyard dollara qənaət etməyə imkan verəcək.

Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, bu layihə Türkiyədə ən vacib enerji layihələrindən biridir.

Bundan başqa, o da qeyd olunub ki, STAR NEZ Türkiyənin neft məhsullarına tələbatının 25 faizini təmin edəcək.