YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ötən dövr Azərbaycanın qızıl illəri adlandırıla bilər

«Ölkə başçısı İlham Əliyevin hakimiyyətinin 11 ili Azərbaycan tarixində müstəsna yer tutur və bir sıra ilklərlə əlamətdardır. 2003-cü ildən sonrakı dövr Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin davamı olmaqla, Azərbaycan tarixində bir sıra yeniliklərlə yaddaşlardadır». Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu müddət ərzində Azərbaycan öz ərazisində hərbi baza və ya obyekt saxlamayan ölkəyə çevrilib, kosmos klubunun üzvüdür. Onun sözlərinə görə, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü seçilib.

«Hakimiyyəti dövründə Prezidentimiz  Azərbaycanı beynəlxalq toplantıların keçirildiyi məkana çevirdi. 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada daha yaxından  tanınmasında müstəsna rol oynayacaq. Eyni zamanda, hakimiyyətinin 11 ilində Prezidentimizin yürütdüyü siyasət nəticəsində bütün regionlarımız inkişaf edib. Yürüdülən siyasət Azərbaycan vətəndaşının yaxşı yaşamasına yönələn bir siyasət olub. Hesab edirəm ki, ölkə başçısı yürütdüyü siyasətlə bir inkişaf modeli ortaya qoydu. Məncə, həmin təcrübəni digər ölkələrin də öyrənməsində fayda var. Bütövlükdə isə, hesab edirəm ki, Prezident İlham Əliyevin  hakimiyyətinin 11 ili Azərbaycanın qızıl illəri adlandırıla bilər və bu siyasət davam etdirilməlidir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv