YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litvanın milli müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev nümayəndə heyətinə hospitalın yaranma tarixi, fəaliyyəti, Silahlı Qüvvələrin şəxsi heyətinin sağlamlığının qorunması və hərbi qulluqçuların tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.

Hospitalın akt zalında qonaqlara bu tibb müəssisəsinin yarandığı gündən hazırkı dövrədək inkişafını əhatə edən qısametrajlı film nümayiş olunub.

Hərbi tibb ocağının bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olan Y.Olekas yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına da baş çəkib, gördüklərindən məmnunluğunu bildirib.

 

DİGƏR Xəbərlər Arxiv