YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan “Cənub Qaz Dəhlizi” layihəsində iştirakda maraqlıdır

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Moskvada bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən  bildirilib ki, Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşdə Cənub Qaz Dəhlizinin icra vəziyyəti, genişləndirilmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə edilib.

P.Siyarto Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi” layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.

Pərviz Şahbazov, həmçinin Monqolustanın energetika naziri Çerenpilin Davasurenlə də görüşüb. Nazir Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etdiyinə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında enerji sektorunda, xüsusilə neft-qaz sahəsində geoloji kəşfiyyat işləri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəblərində neft-qaz ixtisası üzrə təhsil imkanları nəzərdən keçirilib.