YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Vasilyev: Ötən il Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcmi 41 faiz artıb

2017-ci ildə Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcmi 41 faiz artaraq, 566 min tondan çox təşkil edib. 2018-ci ilin birinci yarımilliyində isə artım 23 faiz olub.

Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bu sözləri Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən “Nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masa”da deyib. O bildirib ki, Rusiya ilə İran arasında Azərbaycan əraziləri vasitəsilə yükdaşımalarda artım daha gözəçarpan – 68 faiz olub.

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində körpünün tikintisi barədə danışan Vladimir Vasilyev ümidvar olduğunu bildirib ki, bu körpü əməkdaşlığımızı daha da genişləndirəcək. O deyib: “Bu körpünü dostluq və inkişaf körpüsü adlandırmaq olar. Biz fikir mübadiləsi apararaq belə qərara gəldik ki, bunun yaxın zamanlarda reallığa çevrilməsi üçün əlimizdən gələni edəcəyik. Xüsusən ona görə ki, bu istiqamətdə müəyyən addımlar artıq geridə qalıb. Bizdə yükdaşımalarda Rusiyanın 190 şirkəti iştirak edir. Onların əksəriyyəti dağıstanlılardır”.

 

DİGƏR Xəbərlər Arxiv