YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi hər iki ölkənin marağındadır

Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi hər iki ölkənin marağındadır.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşləri son vaxtlar intensiv xarakter alıb. Bu da başa düşüləndir. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əlaqələr mövcuddur. Rusiya bizim üçün yaxın dost, qonşu dövlətdir. Rusiyanın regionları ilə də Azərbaycan arasında sıx əlaqələr var.

“İqtisadi münasibətimiz yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü, Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi doğurdan da çox əlamətdar bir haldır. Əminəm ki, bundan sonra da Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etdiriləcək”, - deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.