YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Rusiya prezidentinin ölkəmizə səfəri Azərbaycanla dostluq və strateji əməkdaşlıq münasibətlərinin möhkəmliyinin göstəricisidir

“Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri Azərbaycanla dostluq və strateji əməkdaşlıq münasibətlərinin möhkəmliyinin göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı  Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu münasibətlər ilk olaraq, dövlət başçıları arasındakı şəxsi dostluq və səmimiyyətdən başlanır: “Prezidentlərin görüşü çox yüksək səviyyədə keçib və dövlət başçıları ölkələrimiz arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildiriblər. Rusiya Azərbaycanın qeyri-neft məhsullarını ixrac etdiyi əsas ölkədir. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının 35%-dən çoxu, kənd təsərrüfatı məhsulların 90%-ə qədəri məhz Rusiyaya ixrac edilir. Azərbaycanda Rusiyanın 700-dən çox şirkəti fəaliyyət göstərir və iqtisadiyyatımıza 4 milyard dollardan çox sərmayə yatırılıb. Paralel olaraq, Azərbaycanın biznes strukturları da milyonlarla dollar vəsaiti Rusiya iqtisadiyyatına yatırıblar”. 

Millət vəkili qeyd edib ki, bu istiqamətdə əməkdaşlığı genişləndirmək üçün daha böyük potensial var: “Putinin Azərbaycana səfəri çərçivəsində prezidentlərin iştirakı ilə baş tutmuş Azərbaycan-Rusiya Regionlararası IX Forum keçirildi. Forumda hər iki ölkədən 1000-ə yaxın nümayəndə iştirak edirdi. Forumda Azərbaycanın və Rusiyanın regionlarının iqtisadi potensialı barədə geniş çıxışlar oldu. Həmçinin, müxtəlif sahibkarlıq subyektləri arasında gələcək əməkdaşlığa hesablanmış çoxlu sənədlər imzalandı. Ümumilikdə düşünürəm ki, Rusiya prezidentinin Azərbaycana səfəri yaddaqalan oldu və bu səfər ölkələrimiz arasında gələcək əməkdaşlığa yeni impuls verəcək”.

DİGƏR Xəbərlər Arxiv