YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir

“Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və yüksələn xətlə inkişaf edir”. Bu fikirləri  Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycanla Rusiya arasında siyasi, hərbi, humanitar, mədəni eləcə də digər sahələrdə yüksək əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə,  Rusiya prezidenti Vladimir Putinin ötən gün Azərbaycana səfəri zamanı Cüdo üzrə Dünya Çempionatında və IX Rusiya-Azərbaycan Regionlararası forumda iştirak etməsi buna sübutdur.

“Bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir, Cənubi Qafqazın lideridir. Təbii ki, bu amil Rusiyanın da Azərbaycana marağını daha da artırır. Əlbəttə ki, ölkəmiz ikitərəfli münasibətlərin inkişafına maraqlıdır. Digər tərəfdən, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Cəmiyyətimiz Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın daha fəallıq göstərəcəyinə ümid edir”-deyə, deputat qeyd edib.