YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çində ilk “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin açılması prosesi davam edir.

Sentyabrın 28-də Lucou şəhərində keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi” çərçivəsində Çində ilk “Azərbaycan Ticarət Evi”nin açılışı olub.

Lucou şəhər rəhbərliyinin, Çinin ticarət və biznes qurumlarının nümayəndələrinin, iş adamlarının, sərgiyə qatılan xarici ölkələrin təmsilçilərinin iştirak etdikləri tədbirdə Çin Ərzaq Məhsullarının İxracı və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Su Siaoxu qeyd edib ki, ölkələrimiz arasında tarixən yaranmış münasibətlər hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Çində “Azərbaycan Ticarət Evi” iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından vacib rol oynayacaq.

DİGƏR Xəbərlər Arxiv