YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi sosial sifarişin nəticəsidir

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi sosial sifarişin nəticəsidir.  Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, uşaqlarin sosial həyatına və sağlamlığına ziyan vuran məsələlərlə bağlı qanunvericilik aktlarında təsbit olunmasına böyük ehtiyac var.

 “Ölkəmizdə uşaqlara qarşı zorakılıq hallarının, pis vərdişlərin, erkən nikahların, uşaqların cinsi və sui-istifadə istismarının aradan qaldırılması məqsədilə qanunvericilik təkmilləşdirilməli və uşaqlara valideynlərin, müəllimlərin nəzarəti, ümumilikdə ictimai və dövlət nəzarəti gücləndirilməlidir” - deyə, komitə sədri qeyd edib.