YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur

“Hazırda Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, ölkəmizdə ən müasir tələblərə cavab verən tibb müəssisələri tikilib istifadəyə verilir. Onun sözlərinə görə, ötən 15 ildə yeni inşa olunan tibb müəssisələrinin sayı 600-dən çoxdur.

“Hazirda tibb müəssisələri ən müasir avadanlıqlarla təchiz olunub. Müasir texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək. Eləcə də, kadr potensialımız yüksəkdir. Əlbəttə ki, əhalinin sağlamlığı qanunvericiklə də qorunur. Biz bu sahədə vacib qanunlar qəbul edirik. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar da qanunvericiliyə dəyişikliklərin  edilməsi nəzərdə tutulur”-deyə, komitə sədri vurğulayıb.