YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib

“Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunmasının böyük siyasi əhəmiyyəti var. Onun sözlərinə görə, yubiley mərasimində Prezident İlham Əliyevin söylədiyi kimi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir.

“Bu gün Azərbaycan Respublikası AXC-nin layiqli varisi kimi demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir. Müasir müstəqil  Azərbaycan hazırda dünya birliyinin layiqli üzvüdür. Ölkə  Prezidentinin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edərək bütün sahələr üzrə böyük nailiyyətlər qazanıb. Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclasda da bu uğurlar sadalandı. Bu təntənəli mərasimin keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir”-deyə, T.Rzayev qeyd edib.