YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq

Sentyabrın 25-də Nyu-Yorkda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilən ABŞ-Xəzər Biznes Forumu keçiriləcək. ABŞ-ın siyasi və biznes liderləri və Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzərində yerləşən ölkələrin nümayəndələrini bir araya gətirən forumda Xəzər regionunun iqtisadi və siyasi perspektivləri müzakirə ediləcək, müxtəlif layihələrin maliyyələşdirilməsi imkanlarına, bank sektorunun və normativ-hüquqi bazanın potensialına baxılacaq.

Bu mövzularda çıxış etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ABŞ Dövlət Katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini, səfir Alis Vells, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya işləri üzrə müavini Corc Kent, Əfqanıstanın iqtisadi məsələlər üzrə xarici işlər nazirinin müavini Adela Raz, Gürcüstan xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili, Əfqanıstanın maliyyə nazirinin vəzifəsini icra edən Məhəmməd Qayum da forumda iştirak edəcək.

Xatırladaq ki, Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası ilə yanaşı, Xəzər regionu ölkələrinin ABŞ-dakı səfirlikləri də bu biznes-forumun təşkilatçılarıdır.