YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA prezidenti: AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır

“AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Bu isə cəmiyyətdə ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasına, ölkədə təhsilin və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət edir”. Bu fikirləri AMEA-nın prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, AMEA-da magistr təhsil pilləsinin təşkili magistrantlara elmi fəaliyyətdə geniş imkanlar yaradır.

"Onlar AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də digər nüfuzlu alimləri ilə birgə elmi tədqiqatlar aparır, eyni zamanda dünya elminə inteqrasiya imkanı qazanaraq elmi potensiallarını gücləndirirlər. AMEA-magistrarura pilləsində 200-dək tələbə təhsil alır. Bu akademiyanın və ölkəmizin gələcək elm ordusudur"-deyə, akademik vurğulayıb.