YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib

«Azərbaycan ötən dövrdə  böyük uğurlara imza atıb. Bu gün  xalqımız təhlükəsizlik, sabitlik şəraitində yaşayır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, son illər  dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada çox təhlükəli proseslər baş verib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Onun sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin  qətiyyəti sayəsində Azərbaycan bütün risklərdən özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı ötən 15 il ərzində sabitlik şəraitində yaşayıb və yaşayır. Bu da ölkənin inkişafı üçün əsas şərtdir.

«Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Prezident İlham Əliyev Azərbaycanda sabitliyin qarantıdır. Xalqla dövlət başçısının birliyi mövcud sabitliyi sarsılmaz edir. Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir.
Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir. Bu yolda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inamla irəliləyir»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv