YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev sentyabrın 10-da “Şabran rayonunun Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.