YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Multikulturalizm Azərbaycanda həyat tərzidir

“Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir,”-deyə, qeyd edən Prezident İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində söyləyib:

“Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

Prezident İlham Əliyev Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüsün artıq həyatda öz yerini tapmasının və bu təşəbbüslər ətrafında yeni imkanların yaranmasının təsadüfi olmadığını vurğulayıb.