YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib

Avqustun 26-da Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib.

Bakının Xətai rayonunda yeni istifadəyə verilmiş idman-əyləncə park kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə paytaxtın bir sıra uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər, internat məktəblərinin şagirdləri iştirak ediblər.

Şənlikdə uşaqlar üçün müxtəlif əyləncə və şou proqramlar təqdim edilməklə yanaşı, müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.

Tədbir iştirakçıları park ərazisində müxtəlif sahələr üzrə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, bayram ovqatlı yaddaqalan bir gün yaşayıblar.

Uşaqların hədsiz zövq aldığı şənliklər maraqla qarşılanıb.

Tədbirdə, həmçinin 1 saylı uşaq evində məskunlaşan Maral Zeynalovanın ad günü də qeyd edilib, bu münasibətlə tort kəsilib.

Şənlikdə uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Xatırladaq ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq əyləncə və maarifləndirici layihələr həyata keçirir, onları ailə qayğısı ilə əhatə edir.

 

DİGƏR Xəbərlər Arxiv