YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Ölkəmiz sivilizasiyalararası dialoqa mühüm töhfələr verir

«Ölkəmiz sivilizasiyalararası dialoqa mühüm töhfələr verir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib.

«Azərbaycanda din-dövlət münasibətləri yüksək  tənzimlənib. Bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır»-deyə, deputat qeyd edib.