YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Biznes mühiti sahibkarların marağını daha da artırır

«Azərbaycanda  sosial-iqtisadi inkişafın dinamikliyi, biznes mühitində normal şəraitin yaradılması və rəqabət qabiliyyətinin artması iş adamlarının Azərbaycana olan marağını artırır». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov  bildirib ki, Azərbaycanda həyata keçirilən layihələr iş adamları üçün də yeni imkanlar açır. Onun sözlərinə görə, bunun nəticəsində sahibkarlar müxtəlif sahələrə sərmayələr yatıra bilirlər.

«Azərbaycanda  sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb. Eyni zamanda, bu sahədə qanunvericilik də xeyli təkmilləşdirilib. Məqsəd sahibkarların normal fəaliyyəti üçün geniş imkanların yaradılmasıdır. Qanunlarımız həmçinin, sahibkarların fəaliyyətinə kənar müdaxilələrin  də qarşısını alır. Nəzərə alsaq ki, gələcəkdə yeni-yeni layihələr həyata keçiriləcək, bütün bunlar da iş adamları üçün yaxşı imkanlar yaratmaqdadır»- deyə, A.Badamov vurğulayıb.