YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub

Bu ilin ilk yeddi ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 445,6 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, yanvar-iyul ayları ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 28,2 faiz, metallurgiya sənayesində isə 14,3 faiz artım müşahidə olunub.

Sahə üzrə 180,3 min ton (37,5 faiz çox) armatur, 7 024,2 ton (73,4 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 420,2 ton (7,3 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1108,7 ton (11 dəfə çox) mayelər üçün çənlər və sisternlər istehsal edilib.

 

DİGƏR Xəbərlər Arxiv