YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı ilə əlaqədar başsağlığı verdi

“Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olmuşdur.

Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”. Bu  sətirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Birləşmiş Millətlər Təşkilatının Baş katibi  Antonio Quterreşə məktubunda yer almışdır.