YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Ədalət və İnkişaf Partiyasının VI Qurultayı keçirilir.

Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi  nümayəndə heyəti Qurultayın işində iştirak edir.

Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri  Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.