YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yardımlı rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib

Aprelin 30-da  YAP Yardımlı rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib. Konfransı giriş sözü ilə YAP Yardımlı rayon Qadınlar Şurasının sədri Xədicə  Abdullayeva  açaraq tədbirin gündəliyi haqqında məlumat verib. Daha sonra YAP Yardımlı rayon təşkilatının  təlimatçısı Lalə Adiyeva Qadınlar Şurasının hesabat dövrü ərzində gördüyü işlər haqda hesabat məruzəsini təqdim edib. Məruzəçi ölkəmizin ictimai-siyasi və sosial həyatında qadınların rolunun yüksək olduğunu qeyd edib: “Dövlət tərəfindən qadınlarımıza xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Daha sonra   çıxış edən konfrans iştirakçıları Məhluqə Niyazova,   Məleykə Abışova, Aygün Şabıyeva və Günel Məcidova təşkilatın Qadınlar Şurasının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev Qadınlar Şurasının bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra təşkilati məsələlərə baxılıb, 21 nəfərdən ibarət Şura, 7 nəfərdən ibarət İdarə Heyyəti seçilib. Aygun Şabiyeva isə YAP Yardımlı rayon Qadınlar Şurasının sədri seçilib.

Sonda YAP Qadınlar Şurasının növbəti konfransına 2 nəfər nümayəndə seçilib.