YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Dövlətimiz sahibkarlığın inkişafı üçün lazımi şərait yaradıb

«Ölkəmizdə sosial-iqtisadi inkişafın dinamikliyi, yeni iş yerlərinin açılması, biznes mühitində normal şəraitin yaradılması və rəqabət qabiliyyətinin artması iş adamlarının Azərbaycana olan marağını artırır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən layihələr iş adamları üçün də yeni imkanlar açır. Onun sözlərinə görə, bunun nəticəsində sahibkarlar müxtəlif sahələrə sərmayələr yatıra bilirlər.

«Dövlətimiz sahibkarlığın inkişafı üçün lazımi şərait yaradıb. Eyni zamanda, bu sahədə qanunvericilik də xeyli təkmilləşdirilib. Məqsəd sahibkarların normal fəaliyyəti üçün geniş imkanların yaradılmasıdır. Qanunlarımız həmçinin, sahibkarların fəaliyyətinə kənar müdaxilələrin  də qarşısını alır. Nəzərə alsaq ki, gələcəkdə yeni-yeni layihələr həyata keçiriləcək, bütün bunlar da iş adamları üçün yaxşı imkanlar yaradacaq»- deyə, deputat qeyd edib.