Xəbərlər
Aydın Hüseynov: İqtisadiyyatın diversifikasiyası prioritet məsələdir

«Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası prioritet məsələdir». Bu fikri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək üçün uğurlu inkişaf strategiyası həyata keçirilir. Onun sözlərinə görə, bu siyasət insanların sosial rifah halının yüksəlməsinə xidmət edir.
«Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Azərbaycanın qeyri-neft sektorunun inkişaf istiqamətinin əsas istiqamətlərindən biri kənd təsərüffatıdır. Ölkəmizin coğrafi iqlim şəraiti kənd təsərüffatı məhsullarının bir çox çeşidlərini və növlərini istehsal etməyə imkan verir. Regionların sosial-iqtisadi inkişafı proqramlarının icrasına başladıqdan sonra kənd təsərüffatının inkişafına ciddi önəm başlayıb. Bu yöndə islahatlar uğurlu nəticələr verməkdədir»-deyə, millət vəkili vurğulayıb.